ELM VƏ TƏHSİL8.6.2023 22:40

Tovuz Peşə Liseyində Açıq Qapı Günü keçirlidi

8640

Tovuz Peşə Liseyinin fəaliyyətini yaxından izləmək, kadr hazırlığı prosesi ilə tanış ola bilmək üçün Liseydə Açıq Qapı Günü təşkil edildi.

Tədbirdə Tovuz Rayonu İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, icra başçısının müavini Təranə Bayramova, Tovuz Dövlət Sosial-İqtisad Kollecinin direktoru Rizvan Qəmbərov, Qızıl Aypara Cəmiyyətinin Tovuz rayon bölməsinin rəhbəri Qəməndər Məmmədli, rayon orta ümumtəhsil məktələblərin rəhbərləri, müəllimləri, şagirdləri, ictimaiyyət nümayəndələri, övladının peşə təhsili almasını istəyən valideynlər və digər şəxslər iştirak etdilər.

Liseyin müxtəlif ixtisaslar üzrə buraxılış qruplarının tələbələrinin istehsalat təlimi və təcrübəsi zamanı hazırladıqları əl işlərindən ibarət stendlər iştirakçıların marağına səbəb oldu. Sinif otaqlarında nəzəri dərslərin və emalatxanalarda təcrübi biliklərin tətbiqini yerində izləyən qonaqlar kadr hazırlığı prosesinin yüksək səviyyədə aparıldığını ifadə etdilər. Tovuz Peşə Liseyinin Aşpaz, Elektrik qaz qaynaqçısı, Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, Üzümçülük və şərab ustası, Arıçı, Dülgər, Dərzi, Xalçaçı ixtisasları ilə yanaşı Qazax Peşə Liseyinin, habelə Tovuz şəhər M.Ələkbərov və Tovuz rayonu Qovlar şəhər S.Kazımov adına tam orta məktəblərin peşə təmayüllü siniflərinin də hazırladıqları sərgi təqdir edildi. Fiziki tərbiyə və Gənclərin çağırışaqədərki hərbi hazırlıq dərslərinin açıq havada nümayişinə baxış oldu.

Stendlərə, sinif otaqlarında nəzri dərslərin təşkilinə və emalatxanalarda təcrübə prosesinin aparılmasına şahidlik edən RİH başçısı Məmməd Məmmədov Liseyin hazırlığını yüksək qiymətləndirdiyini dedi. O görülən işlərin keyfiyyətinin daha da artırılması üçün dəstəyini ifadə etdi. İcra başçısı çıxışında dövlət tərəfindən bütün sahələrə olduğu kimi təhsil sahəsinə də xüsusi diqqət göstərildiyini önə çəkərək müasir infrastruktur layihələrin icrasından danışdı, Prezident cənab İlham Əliyevin təhsilin digər pillələri ilə yanaşı peşə təhsilinin inkişafı ilə bağlı da həyata keçirdiyi işlərin bəhrəsini verdiyini dilə gətirdi.

Tovuz Peşə Liseyinin direktoru Nicat Göyüşov dəvəti qəbul edib tədbirə qatıldığına görə rayon rəhbərliyinə və digər qonaqlara minnətdarlığını ifadə etdi. O daha sonra Liseyin bir il ərzində gördüyü işlər barədə hesabat xarakterli çıxış etdi. 2022/2023-cü dərs ili ərzində görülmüş işlər barədə geniş nitq söyləyən direktor 2023/2024-cü tədris ili üçün 400 nəfər tələbəni qəbul etməyi planlaşdırdıqlarını bildiridi və bunun Lisey üçün ilk olduğunu söylədi. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tovuz Peşə Liseyinin də maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən və infrastrukturun bütünlükdə yenilənməsi ilə bağlı atdığı və yaxın gələcəkdə atılacaq daha böyük addımlardan danışdı, eyni zamanda dövlət başçısının peşə təhsilində texniki imkanların genişləndirilməsi işləri ilə yanaşı bu sahədə çalışan işçilərin, pedaqoji heyətin maddi vəziyyətinin, sosial rifah halının yaxşılaşdırılması üçün vaxtaşırı həyata keçirdiyi tədbirlərə işıq tutdu, diqqət və qayğıya görə ölkə başçısına pedaqoji kollektiv adından minnətdarlıq bildirdi.

Liseyin direktor müavini Sərxan Musayev dərs ili boyu rayonun müxtəlif tədbirlərində, idman və intellektual yarışlarda nəaliyyətlər qazanmış tələblər haqqında iştirakçıları məlumatlandırdı. Tovuz rayon İcra Hakimiyyəti, rayonun Gənclər və İdman İdarəsi, Gənclər Evi, Heydər Əliyev Mərkəzi və digər qrumlarla birgə həyata keçirilən tədbirlərdən danışdı.

Sonda kollektivlə birgə xatirə şəkili çəkdirildi.

YUXARI