MƏDƏNİYYƏT29.6.2022 13:33

Tarix Muzeyi ilə Gürcüstan Milli Muzeyi arasında əməkdaşlıq genişlənir

2936

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze ilə görüş olub.

Bu barədə  muzeydən məlumat verilib.

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, muzeyin baş direktoru akademik Nailə Vəlixanlı, Arxeologiya elmi-fond şöbəsinin müdiri dosent Nasir Quluzadənin iştirak etdikləri görüşdə həm Azərbaycan, həm də Gürcüstanda aşkar olunmuş tarixəqədərki dövrə aid fauna və hominid nümunələrinin müasir texnologiyaların tətbiqi ilə araşdırılması istiqamətində layihənin hazırlanması müzakirə olunub.

Müzakirə zamanı layihənin multidisiplinar olması və eyni zamanda, gənc kadrların cəlb edilməsinə diqqət yetirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Qeyd olunan tədqiqatlar vasitəsilə arxeoloji qazıntılar zamanı tapılmış heyvan və insan qalıqları əsasında dövrün təbii şəraiti və morfoloji xüsusiyyətlərinin öyrənilməsinin iki ölkənin elmi üçün xüsusi əhəmiyyət kəsb edəcəyi bildirilib.

YUXARI