XƏBƏRLƏR7.12.2023 14:31

Şuşada minaya düşən şəxsin ayağı amputasiya olunub

1726

Baş Prokurorluq Şuşa şəhəri ərazisində baş verən mina hadisəsi barədə məlumat yayıb.

Qurumdan Trend-ə bildirilib ki, dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan 1987-ci il təvəllüdlü Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

xxx

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Şuşa şəhəri ərazisində baş verən mina hadisəsi barədə məlumat yayıb.

Qurumdan Trend-ə bildirilib ki, 2023-cü il 7 dekabr tarixində Şuşa şəhəri yaxınlığında keçmiş erməni postu ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Məlumata əsasən piyada əleyhinə mina partlayışı nəticəsində elektrik təsərrüfat işləri ilə məşğul olan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Həbibov Rahim Şirməmməd oğlu xəsarət alıb.

xxx

12:05

Şuşada bir nəfər minaya düşüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki, dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Həmin şəxs ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

YUXARI