CƏMİYYƏT24.11.2022 16:30

Son dörd ayda Kəlbəcər və Laçında 1000-dən çox mina aşkar edilib

77

Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Azərbaycan ərazilərində Ermənistan istehsalı yeni minaların aşkarlanması və davam edən mina təhdidi barədə bugünkü açıqlamasında deyilir.

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb", - deyə məlumatda bildirilir.

YUXARI