Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev krallığın Beynəlxalq Çoxtərəfli Məsələlər üzrə nazir müavini və İctimai Diplomatiya Departamentinin baş nəzarətçisi Əbdülrəhman əl-Rassi ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
“<…> Əl-Rassi Səudiyyə Ərəbistanındakı Azərbaycan səfiri cənab Şahin Abdullayevi qəbul edib və görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub”, – XİN-in sosial şəbəkə hesabında diqqətə çatdırılıb.
Görüşün təfərrüatları barədə məlumat verilməyib.
Xatırladaq ki, daha əvvəl azərbaycanlı diplomat krallığın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Səud əl-Səti ilə görüşmüşdü.