CƏMİYYƏT17.1.2022 11:27

Şamaxıda baxımsız qalan azyaşlılar sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək

10

Şamaxıda baxımsız qalan azyaşlılar sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Haşımov bildirib.

"Şamaxının İkinci Çaylı kəndində 5 azyaşlı uşağın baxımsız vəziyyətdə yaşadıqları barədə məlumat yayılmışdı. Sözügedən uşaqların məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək",- M.Haşımov deyib.

O qeyd edib ki, məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə onlar reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək.

YUXARI