İQTİSADİYYAT29.11.2024 19:00

Şahin Bağırov İmişlidə vətəndaşları qəbul edib

4510

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İmişli şəhərində İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edib.

Yeni Media Komitəyə istinadən xəbər verir ki, qurumun müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

YUXARI