CƏMİYYƏT28.9.2023 07:00

Sadəcə Azərbaycanın deyil, digər dövlətlərin də KKTC-ni tanımaq həddinə çatacağını gözləyirik – Tahsin Ertuğruloğlu

3521

Sadəcə Azərbaycanın deyil, digər dövlətlərin də Şimali Kipr Türk Respublikasını (KKTC) tanımaq həddinə çatacağını gözləyirik.

TurkicWorld xəbər verir ki, bu barədə KKTC Xarici İşlər naziri Tahsin Ertuğruloğlu ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən qiymətləndirmə toplantısında deyib.

“Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatında ilk dəfə Şimali Kipr Türk Respublikası olaraq rəsmi adımıza sahibik və bayrağımızla “müşahidəçi üzv” olmaq bizim üçün çox mənalı və əhəmiyyətlidir” – deyə Ertuğruloğlu qeyd edib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) toplantısında ilk dəfə rəsmi ad və bayrağ ilə “müşahidəçi üzv” kimi iştirak KKTC-nin “tanınma prosesinin başlaması” istiqamətində mühüm addımdır.

“KKTC-nin İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi üzvlüyü var, lakin orada da yeni addımların atılmasını gözləyirik. Bundan sonrakı dövr üçün KKTC-nin tanınması prosesinin başladığını söyləyə bilərik" – deyə nazir qeyd edib.

YUXARI