XƏBƏRLƏR17.1.2022 12:20

Sabahdan Milli Məclisin komitə iclasları başlayır

10

Yanvarın 18-dən Milli Məclisin 2022-ci ilin yaz sessiyası çərçivəsində komitə iclasları başlayır.

Trend-in məlumatına görə, sabah parlamentin Regional məsələlər komitəsinin iclası keçiriləcək.

İclasda Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası başlayıb.

Fevralın 1-ə qədər parlamentin komitə iclasları keçiriləcək, daha sonra plenar iclaslar başlayacaq.

Parlamentin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

YUXARI