DÜNYA27.10.2021 21:00

Rusiyalı deputatdan gözlənilməz “Bayraktar” AÇIQLAMASI: “Bizi inandırdılar ki, Çin istehsalıdır”

12

Ukraynanın son addımı ilə bağlı Rusiyadan maraqlı reaksiya gəlib.

Olaylar.az  bildirir ki, rusiyalı jurnalist, Moskva Şəhər Assambleyasının deputatı Andrey Medvedev Ukraynanın ilk dəfə olaraq Donbas bölgəsində Türkiyədən aldığı "Bayraktar" pilotsuz təyyarələrindən istifadəsinə münasibət bildirib. 

"Bizi bu "Bayraktar TB2 pilotsuz uçuş aparatlarının pulemyotla vurula biləcəyinə, sözügedən aparatın şişirdilməməsinə və "AliExpress"dən alınmış ucuz ləvazimatlarla hazırlandığına inandıran mütəxəssislərin fikri maraqlıdır", - deyə millət vəkili bildirib.

Qeyd edək ki, Ukrayna Donetskdə "Bayraktar"la separatçılara məxsus D-30 Haubitsa topunu məhv edib. Məlumata görə, hücum əmrini Baş Qərargah rəisi verib. "Bayraktar" topu vursa da, separatçılar qaça bilib.  (sfera)

YUXARI