XƏBƏRLƏR2021.07.21 21:00

Rusiyada faşist Njdeyə və Andranikə qoyulan xatirə lövhələri tamamilə söküldü

7

Rusiyanın Armavir şəhərində faşist Qaregin Njde və terrorçular Andranik Ozanyan, Baqramyan və Babacanyana qoyulmuş xatirə lövhələri tamamilə sökülüb.

Bu barədə sosial şəbəkənin Ermənistan seqmentində informasiya yayılıb.

Sözügedən məlumat erməni istifadəçilər tərəfindən kəskin qəzəblə qarşılanıb.

Qeyd edək ki, hələ 2019-cu ilin dekabrında sözügedən löhvələrin Rusiya ictimaiyyəti tərəfindən narazılıqla qarşılanması Ermənistanda qalmaqala səbəb olmuşdu. Həmin vaxt Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov Njdenin xatirə lövhəsini boyamaqla faşizm dəstəkçisinin qəhrəmanlaşdırılmasına etirazını bildirmişdi.

musavat.com

YUXARI