DÜNYA5.10.2022 12:14

Rusiya Ukrayna sərhədinə nüvə gətirib? – Pentaqon

68

Pentaqonda Rusiyanın dəmir yolu ilə taktiki nüvə silahı daşıdığını təsdiqləyəcək heç bir məlumat yoxdur.

Axar.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin Avrasiya regionu üzrə müşaviri Laura Kuper deyib.

“Açıq mənbə xəbərlərindən başqa heç bir məlumat yoxdur. Pentaqon Soyuq müharibədən bəri Rusiyanın nüvə qüvvələrini diqqətlə izləyir”, - o bildirib.

Qeyd edək ki, “Tayms” nəşri ötən gün Rusiyanın Qara dənizdə nüvə sınağı keçirmək niyyətində olduğu, hətta Ukrayna sərhədinə xüsusi texnika qatarında nüvə silahı göndərdiyi haqda iddia yaymışdı.

YUXARI