Rusiyanın Azərbaycanda yeni xarici nümayəndəliklərinin, o cümlədən Qarabağda mümkün baş konsulluğunun açılması məsələsi siyasi səviyyədə müzakirə olunur.
Axar.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəhbəri Aleksey Klimov bildirib.
O, Azərbaycan tərəfi ilə razılıq əldə etdikdən sonra konsulluq idarəsinin əməli addımlar atmağa başlayacağını vurğulayıb.