DÜNYA15.8.2022 07:00

Rusiya ordusunun iki bazası məhv edildi

2515

Ukrayna Silahlı Qüvvələri ruslara məxsus iki hərbi baza və bir sursat anbarını məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Odessa vilayətinin hərbi aministrasiyasının rəhbəri Sergey Bratçuk məlumat yayıb.

Onun sözlərinə görə, məhv edilən bazalardan biri Tokmak (Zaporojye), digəri isə Popasna (Luqansk) şəhərində yerləşir.

Bundan əlavə, Xerson vilayətinin Berislav rayonunda sursat anbarı hədəf alınıb.

YUXARI