CƏMİYYƏT23.6.2022 12:21

Rumıniya Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlıdır - Energetika naziri

62

Ruminya Avropa ölkələri arasında Azərbaycanla strateji tərəfdaşlıq quran ilk ölkədir. Rumıniya Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.

Bunu Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında Komissiyanın Rumıniya tərəfindən həmsədri, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku deyib.

O bildirib ki, Rumıniya və Azərbaycan birlikdə çox nailiyyətlər əldə edə bilər. “Biz çalışırıq ki, əməkdaşlığımızın miqyasını artıraq. Biz çox istərdik ki, ticarət, təhsil, kənd təsərrüfüatı, nəqliyyat sahəsində əlaqələrimizi inkişaf etdirək”, - deyə o bildirib.
Nazir vurğlayıb ki, Azərbaycan və Rumıniyanın qarşılıqlı investisiyalar üçün imkanları var, istər energetika, istərsə də digər sahələrdə investisiyalar artırıla bilər. O əlavə edib ki, Azərbaycan və Rumıniya şirkətləri qarşılıqlı olaraq hər iki ölkədə uğurla fəaliyyət göstərir.

YUXARI