İQTİSADİYYAT3.10.2022 21:00

Reklam qanunvericiliyi ilə bağlı seminar keçirilib

2897

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəqliyyat vasitələrində reklam yerləşdirən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçirib.

Dövlət Xidmətindən bildirilib ki, tədbir iştirakçıları Baş Dövlət Yol Polisi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən aidiyyəti üzrə reklam qanunvericiliyinin tələbləri barədə məlumatlandırılıblar.

Seminarda nəqliyyat vasitələrində reklam yerləşdirən sahibkarların hüquq və öhdəlikləri, haqsız rəqabət və reklam qanunvericiliklərinin tələbləri, eləcə də bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verilib, təkliflər dinlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

YUXARI