ELM VƏ TƏHSİL21.7.2021 19:15

Quliyev: Direktor seçilən kimi onu uzaqlaşdırdım

1173

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutuna professor Əlövsət Quliyev yenidən baş direktor seçilib.

Qaynarinfo xəbər verir ki, Ə.Quliyev ötən il AMEA-nın prezidenti Ramiz Mehdiyevin əmriylə işdən çıxarılmış və bu ilin mart ayında məhkəmənin hökmü ilə yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutundakı işinə bərpa olunmuşdu. Ötən ayın sonlarında AMEA prezidenti Ramiz Mehdiyevin iştirakı ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutuna baş direktor vəzifəsinə seçkilər keçirilib. Səs çoxluğu ilə Ə.Quliyev 5 il müddətinə İnstitutun baş direktoru vəzifəsinə seçilib.

Ə.Quliyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, ötən ay yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru olduqdan sonra onun vəzifəsinə icra etmiş akademik Qərib Məmmədovu rəhbəri olduğu qurumdan uzaqlaşdırıb:

"O, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru vəzifəsinə gəldikdən sonra məni institutdan çıxardı. Mən də baş direktor seçilən kimi, Qərib Məmmədovu institutdan çıxardım".

YUXARI