MƏDƏNİYYƏT23.3.2023 20:33

Qəzada həlak olan Oqtay Əliyev dəfn olunub

557

Ötən gün avtomobil qəzasında həlak olan əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev dəfn olunub.

Trend xəbər verir ki, Yasamal rayonunda mərhumla yaşadığı evdə vida mərasimi keçirilib. Hazırda Oqtay Əliyev "Qurd qapısı" qəbiristanlığında son mənzilə yola salınıb. Dəfn mərasimində mərhumun yaxınları, mədəniyyət xadimləri və digər rəsmi şəxslər iştirak ediblər.

Xatırladaq ki, O.Əliyev ötən gün yol qəzasında dünyasını dəyişib. Hadisə Saray qəsəbəsi ərazisində 2-ci Kənar Dairəvi Yolun başlanğıcında baş verib.

"SOY Production"un baş direktoru O.Əliyev, həyat yoldaşı Dilarə Əliyeva və Mehriban Zəkinin olduğu avtomobil aşıb. O.Əliyev hadisə yerində dünyasını dəyişib,

YUXARI