MƏDƏNİYYƏT14.6.2021 21:16

Qənirə Paşayeva Mədəniyyət Komitəsində Çingiz Mehdipurla görüşüb

190

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tanınmış aşıq, "Dalğa" musiqi qrupunun, "Rövşən" musiqi məktəbinin qurucusu Çingiz Mehdipurla Mədəniyyət komitəsində görüşüb.

Musavat.com xəbər verir ki, tanınmış sənətkarı 60 illik yubileyi münasibətilə təbrik edən Q.Paşayeva onun aşıq musiqisini, saz havalarını nota köçürən azərbaycanlı aşıq kimi məşhur olduğunu bildirib. Aşıq Çingiz Mehdipurun gənc istedadların üzə çıxması və onların sənətin sirlərinə yiyələnməsi istiqamətində fəaliyyətini minnətdarlıqla qeyd edib.

Q.Paşayeva yubilyara tanınmış rəssam Sabir Çopuroğlunun müəllifi olduğu rəsm əsərini hədiyyə edib.

Aşıq Çingiz Mehdipur Q.Paşayevaya səmimi qəbul və təbrik üçün təşəkkür edib.

Görüşdə RHİM İB sədri Arzu Bağırova və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu iştirak edib.

YUXARI