XƏBƏRLƏR7.6.2023 15:30

Qəbələyə sel gəlib, Laza yolu sıradan çıxıb

11121

Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “10 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qısa müddət ərzində alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.

Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.

YUXARI