CƏMİYYƏT14.10.2021 12:33

Qarabağda heyvan xəstəliklərindən azad zona yaradılacaq

297

Hazırda Heyvanların İdentifikasiyası və Qeydiyyat Sisteminin yaradılması istiqamətində proqram təminatının yaradılması və test sınaqlarının keçirilməsində operativliyin, o cümlədən sınaq müddətində sonrakı fəaliyyətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli agentliyin 9 aylıq fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə heyvan xəstəliklərindən azad zonaların yaradılması ilə bağı hüquqi bazanın yaradılması və təşkilati işlərin görülməsinə başlanılıb:

“Sistemi tətbiq etməklə bütün heyvanları izləyə biləcəyik. Heyvanların hamısının keçirdiyi xəstəliklər, vaksinasiyası barədə məlumatlar, hansı təsərrüfata aid olduğu barədə məlumatlar sistemdə əksini tapacaq. Heyvan xəstəlikləri üzərində dövlət nəzarətinin təmin olması heyvan mənşəli məhsulların ixracının artmasına imkan verəcək”

YUXARI