KRİMİNAL22.6.2022 19:40

Prokuror Bakıda narkotik alverində təqsirləndirilən şəxsə 7 il 6 ay cəza istədi

253

Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyadan Bakıya deportasiya olunandan az sonra Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Pünhan Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyunun 27-də davam etdiriləcək.

İttihama görə, Pünhan Kərimli 2022-ci il yanvarın 25-də Bakıda saxlanılıb. Üzəri baxış keçirilərkən ondan narkotik maddə aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan olunub

YUXARI