DÜNYA21.7.2021 20:00

"Pegasus"un qurbanlarının sayı artır - özü də bunlar krallar, prezidentlər və baş nazirlərdir

1108

İsrail mənşəli “Pegasus” casus proqramının qurbanları sırasına daha çox ölkə və hökumət başçılarının adları əlavə olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Şəxsi telefon nömrəsi Mərakeş kəşfiyyatının əlinə keçən Fransa prezidenti Emmanuel Makrondan başqa daha 6 dövlətin hazırkı rəhbərinin dinləndiyi ortaya çıxıb. Bunlar İraq prezidenti Bəhram Saleh, CAR prezidenti Siril Ramafosa, Pakistan baş naziri İmran Xan, Misir baş naziri Mustafa Madbuli, Mərakeş baş naziri Saaəddin Osmani və həmin ökənin kralı VI Məhəmməddir.

Bundan əlavə, Yəmən, Livan, Uqanda, Fransa, Qazaxıstan, Əlcəzair və Belçikanın keçmiş baş nazirlərinin də telefonlarının dinləndiyi aşkar edilib. Ümumilikdə 34 ölkədən 600-dən çox dövlət xadiminin bu proqram vasitəsilə dinləndiyi məlum olub.

YUXARI