XƏBƏRLƏR23.11.2024 03:00

Paşinyan: İrəvan Bakıya Aİ missiyasının delimatasiya olunacaq ərazidə fəaliyyət göstərməməsini təklif edib

6698

Ermənistan Azərbaycana Avropa İttifaqı missiyasının delimitasiya olunacaq ərazidə fəaliyyət göstərməyəcəyini təklif edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan sülh prosesi haqqında danışarkən ölkəsinin İctimai Kanalına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var.

“Əgər biz həqiqi sülhə nail olsaq, sülh müqaviləsi imzalasaq, Ermənistan qarşılıqlı prinsip əsasında Azərbaycana qarşı beynəlxalq iddialardan imtina etməyə hazırdır”, – o vurğulayıb.

Paşinyan bəyan edib ki, öz tərəfindən Azərbaycanla sazişin ilin sonunadək imzalanması üçün hər şeyi edəcək.

YUXARI