DÜNYA4.12.2024 10:00

Paşinyan deputatını partiyadan qovdu – Şok səbəb

4917

Ermənistanın hakim Mülki Müqavilə Partiyasının İdarə Heyətinin qərarı ilə Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatların sızması, habelə ictimai əxlaq normalarının kobud şəkildə pozulması ilə əlaqədar partiyadan kənarlaşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Mülki Müqavilə Partiyası məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Ovik Ağazaryandan mandatı təhvil verməsini xahiş etdiyini açıqlamışdı. Ağazaryan isə “təəssüf hissi ilə” baş nazirin tələbini yerinə yetirməyəcəyini və mandatından imtina etməyəcəyini elan etmişdi.

YUXARI