İQTİSADİYYAT2.8.2022 21:10

Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi yeddi dəfə artıb

707

Özbəkistanın Azərbaycanla ticarət dövriyyəsi təxminən 7 dəfə, Türkiyə ilə isə 2,5 dəfə artıb.

Trend-in məlumatına görə, bunu Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün yekununda keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu müsbət tendensiya bu il də saxlanacaq.

"Bununla belə, Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığın yüksək dinamikası mövcud potensiala tam cavab vermir. Bu gün bütün mövcud ehtiyatları qarşılıqlı səmərəli tərəfdaşlıqda tam istifadə etmək üçün bütün şərtlər var", - deyə V.Norov bildirib.

YUXARI