İQTİSADİYYAT16.9.2023 03:00

Özbəkistanda Kapital Bazarının İnkişafı üzrə Məşvərət Şurası yaradılıb

3350

Özbəkistanda Kapital Bazarının İnkişafı üzrə Məşvərət Şurası yaradılıb.

Trend xəbər verir ki, o, Qabaqcıl Layihələr üzrə Milli Agentliyin nəzdində yaradılmışdır.

Şuranın əsas məqsədləri kapital bazarındakı tendensiyaların və problemlərin müzakirəsi, bazar iştirakçıları ilə səlahiyyətli orqan arasında dialoqun qurulmasına köməklik göstərmək, bu sahədə təşəbbüslərin və normativ hüquqi aktların layihələrinin ekspert müzakirəsini təmin etməkdir.

Yeni struktur öz fəaliyyəti dövründə kapital bazarının inkişafı ilə bağlı təklif və tövsiyələr hazırlayacaq, qanunvericiliyi təhlil edəcək və kapital bazarı sahəsində xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənəcək.

O, həmçinin qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasına və yüksək ixtisaslı mütəxəssislərin məsləhətçi kimi cəlb edilməsi üçün təkliflərin verilməsinə cavabdeh olacaq.

YUXARI