CƏMİYYƏT3.7.2022 19:00

Özbəkistan Qarabağın bərpası üzrə layihələri dəstəkləmək niyyətindədir

1366

Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına yardım etmək niyyətindədir.

Trend xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun direktorunun birinci müavini Akramjon Nematov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmi beyin mərkəzlərinin Şuşa şəhərində keçirilən konfransı çərçivəsində deyib.

"Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Biz türk dünyasında Füzulidə müasir məktəb tikən ilk dövlətlərdən biri olmağı planlaşdırırıq", - deyə A.Nematov bildirib.

YUXARI