ELM VƏ TƏHSİL22.9.2022 17:30

Orta məktəblərdə niyə dərsliklər çatışmır? - AÇIQLAMA

250

Tədris ilinin başlanması ilə Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq yaşandığını bildirirlər.

Elm və Təhsil Nazirliyi yaranan problemə aydınlıq gətirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər.

"Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil İdarələri tərəfindən araşdırılaraq aradan qaldırılır", - deyə əlavə edilib.

YUXARI