DÜNYA3.11.2024 21:00

Orban BRİKS-in gücündən danışdı: 20 il öncə...

3736

BRİKS sammiti 20 il əvvəl keçirilsəydi, ciddi hadisəyə çevrilməzdi, amma indi bu ölkələrin dünya iqtisadiyyatında payı Qərb ölkələrinin payını üstələyir.

Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

“Bir həftə əvvəl Kazanda Şərq dünyasının sammiti oldu. BRİKS indi genişlənib, 10-dan çox ölkə var və hamısı Kazanda görüşüb. Bu, Şərq dünyasının iqtisadiyyatıdır. İyirmi il əvvəl bu, ciddi xəbər olmazdı, amma indi bu ölkələrin qlobal iqtisadi göstəricilərdə payı Qərb dünyasının iqtisadiyyatından çoxdur”, - Orban bildirib.

Onun sözlərinə görə, noyabrın 7-də isə Macarıstan tarixində ən böyük diplomatik hadisə olan Avropa Siyasi Cəmiyyətinin sammiti keçiriləcək:

“Budapeştə 40-dan çox ölkənin – nəinki AB, eləcə də Türkiyə, Britaniya, Cənubi Qafqaz və Balkan ölkələrinin liderləri gələcək”.

YUXARI