Nazirlər Kabinetinin daha əvvəl vediyi qərara əsasən ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Trend xəbər verir ki, iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsindən sonra noyabr ayında orta məktəblərdə 18 gün dərs olmayacaq.
Qeyd edək ki, 2, 3, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 24 noyabr tarixlərində məktəblərdə dərs olmayacaq.
Xatırladaq ki, Noyabrn 11-22 tarixlərində Bakıda keçiriləcək COP-29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində distant formada təhsilə keçid ediləcək. Nazirlər Kabinetinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil tətbiq ediləcək.