ELM VƏ TƏHSİL27.10.2021 19:40

Növbəti qəbul imtahanlarının mövzularında yeniliklər olacaq

12

Növbəti qəbul imtahanlarında yeni region bölgüləri və işğaldan azad olunan ərazilərin tarixi haqqında suallar olacaq.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə açıqlayıb.

Onun sözlərinə görə, azad edilmiş ərazilərin işğal tarixləri ilə yanaşı azad olunması tarixləri də mövzularda öz əksini tapacaq.

"Yeni proqramlar müzakirə edilib və dərsliklər üzrə monitorinqlər aparılıb. Proqram dərc olunandan sonra epidemioloji vəziyyətə uyğun olaraq yanvarda sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulur".

YUXARI