XƏBƏRLƏR28.10.2021 10:00

Nikol “Zəngəzur yolu”nu dəstəklədi: “Dəhliz” yox...

504

“Dəhliz məntiqi” ilə aparılan danışıqlar regionda düşmən və gərginlik atmosferini daha da dərinləşdirir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan kommunikasiyaların açılması ilə bağlı hökumət iclasında çıxışında deyib.

Paşinyan xatırladıb ki, 9 noyabr (10 noyabr – red.) 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat regionda kommunikasiyaların açılmasını nəzərdə tutur:

“Ermənistan bu ideyanı tam dəstəkləyir. Bu məsələnin həlli regionda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı müəyyən təminatlar yaradacaq. Rəsmi İrəvan məsələyə məhz bu nöqteyi-nəzərdən və bu anlayışla yanaşır”.

Paşinyan həmçinin əlavə edib ki, hazırda yük daşınması ilə bağlı marşrutlar müzakirə edilir.

YUXARI