İbtidai sinif səviyyəsində dərsliklərdə texniki şərtlərə əsasən şriftin ölçüsü 14-16 arasında, ümumi və tam orta təhsildə 12-14 ölçü arasında olmalıdır.
Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, dərsliklərin ağırlığından şikayət edən valideynlər var:
“Dərsliklərin fiziki ağırlığının azaldılması üçün daha çox məlumatın yerləşdirilməsi məqsədilə şriftlərin ölçüsü kiçildilir”.