NATO Baş katibi Mark Rutte prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ-la əməkdaşlığı davam etdirəcəyini bildirib.
Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Rutte həm Harris, həm də Trampla işləməyə hazır olduğunu qeyd edib.
O, NATO-nun alyansın birliyini qorumağa çalışacağını vurğulayıb:
"Bu, bizim ümumi maraqlarımıza uyğun olduğundan, buna heç bir şübhə yoxdur".
Şimali Atlantika Alyansının baş katibi qeyd edib ki, ABŞ keçmişin səhvlərini təkrarlamayacaq və Avropanı tərk etməyəcək.