CƏMİYYƏT27.5.2022 11:51

“Narkomaniyadan özümüzü qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib

258

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkilatçılığı ilə “Narkomaniyadan özümüzü qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, Sabunçu Gənclər Evində keçirilən tədbirdə tibb mütəxəssisləri, orta məktəblərin müəllim və şagirdləri, ali məktəblərin tələbələri iştirak ediblər.

Mərkəzin layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tədbirdə çıxış edərək müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, yeniyetmə və gənclər arasında narkomaniyanın qarşısının alınması istiqamətində daim ictimai nəzarətin zəruriliyindən bəhs edib, eləcə də narkomaniyanın gətirdiyi bəlalar, onun istifadəçilərinin qarşılaşdığı faciələr barədə ətraflı məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və maarifləndirici materiallar paylanılıb.

YUXARI