ƏSAS SƏHİFƏ, MƏDƏNİYYƏT27.10.2021 17:30

Müharibə Qəhrəmanı haqda “Cəbi” filmi çəkildi

56

30 oktyabr 2021-ci il saat 17:00-da Nizami Kino Mərkəzinin 1-ci zalında “De Media” qrup tərəfindən hazırlanan Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun döyüş və həyat yoluna həsr olunmuş “Cəbi” sənədli filmin təqdimatı keçiriləcək.

Kult.az xəbər verir ki, bu barədə “De Media” şirkətinin rəhbəri Bahadur Seyidov məlumat verib.

40 dəqiqəlik sənədli filmdə Sübhanın dostları, döyüş yoldaşları, yaxınlarının onunla bağlı xatirələri, döyüş yoldaşlarının müharibə zamanı qeydə aldığı görünütülər əksini tapıb.

YUXARI