GÜNDƏM4.12.2024 19:00

Müdafiə Sənayesi Nazirliyi 6 milyon manat kapitalla yeni şirkət yaradıb

5311

"Zireh" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) dövlət qeydiyyatına alınıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat əldə edib.

Məlumata görə, bu ilin sentyabrın 13-də dövlət qeydiyyatına alınan MMC-nin hüquqi ünvanı Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Bakı Cihazqayırma Zavodu" MMC ilə eynidir.

Belə ki,”Zireh” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, 18 oktyabr küçəsi, ev.106-dır.

Nizamnamə kapitalı 6 milyon manat olan MMC-nin qanuni təmsilçisi isə Quliyev Abbas Nazir oğludur.

Sözügedən şəxs həm də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Bakı Cihazqayırma Zavodu” MMC-nin direktorudur.

YUXARI