Türkiyə İraq və Suriyada son terrorçu öldürülənə qədər əməliyyatlara davam edəcək.
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ABŞ-nin “Politico” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə İraq və Suriya sərhədləri boyunca 30- 40 kilometr dərinliyində təhlükəsizlik dəhlizi yaratmaqda və bölgəni terrorçulardan tamamilə təmizləməkdə qətiyyətlidir.