CƏMİYYƏT4.8.2022 18:40

MSK-nin Katibliyinin strukturuna dəyişiklik edilir

527

Mərkəzi Seçki Komissiyası Katibliyinin strukturuna dəyişiklik edilir. Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini bildirib ki, MSK-da insan resurslarının idarə olunması ilə bağlı strukturun yaradılmasına ehtiyac var.

O qeyd edib ki, araşdırmalardan sonra MSK-nın ümumi şöbəsinin tərkibində insan resursları sektoru yaradılması məqsədəuyğun hesab edilib.

YUXARI