DÜNYA14.8.2022 17:00

MİT-dən əməliyyat: 6 terrorçu məhv edildi

683

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında PKK terorrçularına qarşı növbəti antiterror əməliyyatı həyata keçirib.

Axar.az xəbər verir ki, əməliyyat nəticəsində 6 terrorçu məhv edilib.

Terrorçuların 4-ü Hakurkda, 2-si isə Metinada keçirilən əməliyyatlar zamanı zərərsizləşdirilib.

Bununla da MİT-in 2022-ci ildə keçirdiyi əməliyyatlar nəticəsində məhv etdiyi terrorçuların sayı 21-ə çatıb.

YUXARI