CƏMİYYƏT23.1.2023 13:00

Minimum əmək pensiyaları bu tarixdən artacaq

131

Əmək pensiyasının minimum məbləğinin artırılması ilə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məcəlləsin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur.

Qeyd edilib ki, ölkəmizdə son illər ərzində sığorta-pensiya sisteminin özünəməxsus xüsusiyyətlərinın qorunması ilə yanaşı, ilk növbədə vətəndaşların sosial rifahının üstün tutulması bu sahədə görülən işlərin təməl prinsipini təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanmışdır.

Qeyd edək ki, 2022-ci ildə pensiya ödənişlərinə əvvəlki ilə nisbətən 7,9 faiz (361 mln. manat) çox olmaqla 4 mlrd. 948 mln. manat vəsait yönəldilib.

Keçən ilin əvvəlindən minimum aylıq pensiya artırılmaqla, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib. Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilib ki, həmin maddi yardımlar bu ilin əvvəlindən pensiyaların tərkibinə daxil edilib.

Son bir ildə 23 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 71 min pensiya təyinatı (ümumi əsaslarla yaşa görə pensiya təyinatının 80 faizi) e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

YUXARI