Milli Məclis BTQ ilə bağlı sazişi ratifikasiya edib.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.