CƏMİYYƏT28.6.2022 15:47

Millət vəkili Gəncədə xeyriyyə aksiyası keçirtdi

3198

Millət vəkili Jalə Əhmədova   Gəncədə xeyriyyə aksiya keçirdib. Alp.az xəbər verir ki, bu barədə saytımıza millət vəkili bildirib.

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, mənim şəxsi təşəbbüsüm və dəstəyim, cərrah Şirin Muştaqovun təmənnasız iştirakı ilə Vətən müharibəsi şəhidlərinin, qazilərin və hərbiçilərin oğlan övladları (20 uşaq) üçün növbəti xeyriyyə aksiyası keçirildi. Gəncə şəhəri, VMR Estetik Klinikasında baş tutan xeyriyyə aksiyasında şəhid ailələri, qazilər və hərbiçilərin ailələrinə gözaydınlığı verdik, uşaqları isə hədiyyələrlə sevindirdik. Tədbirin keçirilməsi üçün öz dəstəyini əsirgəməyən VMR Klinikasının rəhbəri Vüsal Həsənova, aksiyanın təşkilatı işlərini yüksək səviyyədə yerinə yetirən Müdafiə Nazirliyinin əməkdaşı Zümrüd Səmədovaya və Bakı şəhər Mədəniyyət Baş idarəsinin Yaradıcı kollektivin rəhbəri Nərminə Qafarlıya, eləcə də xeyriyyə aksiyasında təmənnasız olaraq iştirak edən cərrah Şirin Muştaqova xüsusi minnətdarlığımı ifadə edirəm.” -deyə Jalə Əhmədova bildirib.

YUXARI