DÜNYA14.6.2021 19:45

Miçotakisdən Ankaraya: Yan-yana yaşayacağıq...

561

Türkiyə və Yunanıstan NATO üzvüdür. İxtilafların sülh yolu ilə həll edilməsi və gərginliyin artmaması NATO-nun mənafeyinə uyğundur.

Axar.az xəbər verir ki, bu sözləri Yunanıstan Baş naziri Kiriakos Miçotakis deyib.

“Heç kimə sirr deyil ki, fikir ayrılıqlarımız var. Ancaq Türkiyə ilə yan-yana yaşayacağıq. Fikir ayrılıqlarımızın olmasına baxmayaraq, mövcud problemlərimizi mədəni bir şəkildə həll etməliyik", - deyə Miçotakis bildirib.

YUXARI