XƏBƏRLƏR4.8.2022 17:50

Mərkəzi Seçki Komissiyası Nəzarət Təftiş Xidmətinin tərkibi müəyyənləşdi

2844

Mərkəzi Seçki Komissiyası Nəzarət Təftiş Xidmətinin tərkibi müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən Xidmətin rəhbəri Ramiz İbrahimov, üzvləri İlham Məmmədov, Tofiq Həsənov, Maliyyə Nazirliyinin, Vergi Xidmətinin nümayəndəsi, Hesablama Palatasının nümayəndələri qismində təsdiq edilib.

YUXARI