Rişi Sunak noyabrın 2-də Mühafizəkarlar Partiyası lideri vəzifəsindən getdikdən sonra Britaniya siyasətini tərk etmək niyyətində deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” nəşri məlumat yayıb.
Məlumata görə, R.Sunak, Toni Bleyerin hakimiyyətdən getdikdən sonra necə institut yaratdığını görüb və buna bənzər bir fond və ya “keçmiş prezident ofisi” versiyası quraraq Mühafizəkarlar Partiyasına və Britaniya siyasətinə təsir göstərməyə davam etməyi planlaşdırır.
Qeyd olunub ki, Rişi Sunak artıq Douninq Stritdəki yaxın çevrəsi, o cümlədən uzunmüddətli dostu və keçmiş siyasi köməkçisi Ceyms Forsit ilə bu barədə əlaqə qurmağa başlayıb.