DÜNYA27.5.2022 16:40

Mariupolda dağıntılar altından 70 meyit çıxarıldı

209

Mariupolun Kuinci küçəsində işğalçılar tərəfindən hündürmərtəbəli binanın dağıntıları altından daha 70-ə yaxın cəsəd tapılıb.

Axar.az xəbər verir ki, bu barədə Mariupol şəhər merinin müşaviri Petr Andryuşenko məlumat verib.

“Ölənlərin cəsədləri xüsusi torbalara yığılaraq Starıy Krım kəndində kütləvi məzarlığa basdırılacaq. Cəsədlərin şəxsiyyəti müəyyən edilməyib, yerli sakinlər də onların kimliyini müəyyən edə bilmir. Mariupolda rus bombalarından qalan bu məzarlıqlardan hələ nə qədərinin tapılacağı isə məlum deyil. Onlarlamı? Yüzlərləmi?” - P.Andryuşenko bildirib.

YUXARI