DÜNYA15.8.2022 06:00

Malayziya kralı Türkiyəyə rəsmi səfər edəcək

2396

Malayziyanın kralı Sultan Abdullah Riyatuddin Əl-Mustafa Billah Şah prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 15-21-də Türkiyədə rəsmi səfərdə olacaq.

Trend xəbər verir ki, Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, Malayziya ilə dostluğa, qarşılıqlı etimada və xalqların mənafeyinə əsaslanan sürətlə inkişaf edən əlaqələr şəraitində yüksək səviyyəli səfərlər geniş vüsət alır.

Bu çərçivədə Malayziyanın Baş naziri İsmayıl Sabri Yakubun iyul ayında Türkiyəyə səfəri iki ölkə arasında münasibətlərin Hərtərəfli Strateji Tərəfdaşlıq səviyyəsinə çatdırılmasına imkan yaradıb.

YUXARI