CƏMİYYƏT10.7.2024 18:50

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət istiqaməti müəyyənləşib - FƏRMAN

1876

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl Xidmətin fəaliyyət sahəsi Kəlbəcər rayonunu da əhatə edirdi.

YUXARI